• $
  • €
  • ₽
  • ₺
  • £

FHN Sumqayıtdakı qəza ilə bağlı məlumat yayıb - Yenilənib

FHN Sumqayıtdakı qəza ilə bağlı məlumat yayıb - Yenilənib
16.01.2025 23:03
Fövqəladə Hallar Nazirliyi qəza ilə bağlı məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in  Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Kia Cadenza" markalı minik avtomobili ilə "Hyundai Elantra” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən  "Kia Cadenza" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi yanıb.Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Qəza nəticəsində iki nəfər aldıqları bədən xəsarətlərindən vəfat edib.
 
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
 
 21:24
 
Sumqayıtda minik avtomobilləri toqquşub, ölənlər var.

"Report" xəbər verir ki, hadisə Sülh küçəsində qeydə alınıb.

"Hyundai" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol