Azərbaycan vətəndaşları Türkiyədə dövlət qulluğuna girə bilər

“Azərbaycan vətəndaşlarının Türkiyədə dövlət qulluğuna qəbul edilməsinin önünü açmaq üçün əlimizdən gələni edirik”.APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Dövlət Kadrlar İdarəsinin sədri Mehmet Ali Kumbuzoğlu deyib. O bildirib ki, Azərbaycan vətəndaşlarının Türkiyədə dövlət qulluğuna qəbul edilməsi üçün qarşılıqlı olaraq bu istiqamətdə işləri davam etdirəcəklər: “Türkiyədə xüsusilə səhiyyə sistemində kadrlara böyük ehtiyac var. Bu mövzuda həkimlərin müqavilə əsasında cəlb edilməsinə dair addımlar atırıq. Hazırda Türkiyənin səhiyyə sistemində işləyən azərbaycanlılar var”. Mehmet Ali Kumbuzoğlu Türkiyədə dövlət qulluğuna qəbul sahəsində olan bəzi yeniliklərin Azərbaycanda da tətbiq olunacağının gözlənildiyini söyləyib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























