Dağlıq ərazilərə qar yağır - Fakitiki hava - Yenilənib

Qərb küləyi arabir Qobustanda 18 m/s, Naftalanda 16 m/s-dək güclənib.
Qrız, Lerikdə duman müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Aran rayonlarında 14, dağlıq rayonlarda 1 , Naxçıvan MR-da 8 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 9 dərəcəyədək şaxtadır.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ölkə ərazisinin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
Bakı, Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Qax, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Qrız, Yevlax, Göyçay, Zərdab, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.
www.anews.az
























