Biləsuvarda maşın kanala düşüb, yaralılar var

Biləsuvar rayonunda yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini Hüseynov İslam Vidadi oğlunun idarə etdiyi "Mercedes 190" markalı avtomobil nəzarətdən çıxaraq yol kənarındakı kanala yuvarlanıb.
Nəticədə avtomobildə olan sərnişinlər - Hüseynova Nigar İxtiyar qızı və Mirzəyev Məmmədhəsən Əhmədağa oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























