• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada miqrantlara qarşı reyd keçirilib - VİDEO

Moskvada miqrantlara qarşı reyd keçirilib  -  VİDEO
20.01.2025 17:31
Rusiyanın hüquq-mühafizə orqanları Moskvanın "Prins Plaza” ticarət mərkəzində genişmiqyaslı reyd keçirir. Hadisə yerində polis avtobusları, Rosqvardiya maşınları, İstintaq Komitəsinin furgonları və avtobuslarla dolu avtozaklar toplaşıb.

Məlumata görə, yüzlərlə miqrant saxlanılıb.

Rusiya mətbuatının məlumatına görə, yaxın vaxtlarda ticarət mərkəzində bənzər bir reyd keçirilib. Həmin əməliyyat zamanı saxta miqrasiya sənədləri və sərhəd keçid möhürləri hazırlayan "laboratoriya" aşkarlanıb. O vaxt 400-dən çox xarici vətəndaş və bu qanunsuz fəaliyyəti təşkil etməkdə şübhəli bilinən üç nəfər saxlanılmışdı.

Bu dəfə keçirilən reyd zamanı solçu siyasətçi Gleb Babiç də saxlanılıb. Onun sözlərinə görə, miqrantlara qarşı keçirilən reydi görüb çəkmək istədiyi anda OMON əməkdaşları tərəfindən zorakılığa məruz qalıb və saxlanılıb.

"Bu an OMON əməkdaşı üzərimə atıldı, məni avtozaka üzüstə çırpdı, ayaqlarıma bir neçə dəfə zərbə endirdi, sonra içəri sürükləyib məndən pasportumu və telefonumu tələb etdi”, – Babiç bildirib.

Daha sonra güc strukturlarının əməkdaşları ona qarşı terrorçuluq maddəsi ilə cinayət işi açmaq hədəsi ediblər. Babiç avtozaka mindirilib və ticarət mərkəzinin arxasına aparılıb. Orada isə hərbi polis və böyük bir insan izdihamı olub. Pasportunu yoxladıqdan sonra hüquq-mühafizə orqanları onun hərbi qeydiyyata alınmadığını aşkar ediblər.

"Pasportumu əlimdən aldılar və məni yenidən avtozaka mindirdilər. Aspirant olduğumu sübut edən sənədim heç kəsi maraqlandırmadı”, –  siyasətçi əlavə edib.
 


N.Təbrizli
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol