• $
  • €
  • ₽
  • ₺
  • £

"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ

"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
21.01.2025 18:31
Bakı Ağır Cinayətlər məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə "Abzas Media" işində təqsirləndirilən Ülvi Həsənli, Sevinc Abbasova, Hafiz Babalı, Məhəmməd Kekalov, Fərid Mehralızadə, Elnarə Qasımova və Nərgiz Absalamova barələrində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Prokuror Rauf Maluşovun səsləndirdiyi suallara Ülvi Həsənli cavab verməkdən imtina edib.  İttiham olunan şəxslər özlərini təqsirli bilməyiblər.
 
Məhkəmədə ifadə verən Ülvi Həsənli öz həbsini "jurnalist fəaliyyəti" ilə əlaqələndirib. 
 
"Mən 2016-ci ildə "Abzas Media"nı yaratdım. Həbsimin səbəbi jurnalist fəaliyyətimdir. Səhər saat 5-də hava limanına gedirdim. Taksi sifariş etmişdim. Binanın həyətinə düşən kimi dörd nəfər maskalı mülki geyimli  şəxs məni döyə-döyə maşına saldılar. Qışqırır və onların  əlindən çıxmaq istəyirdim. Onlar isə məni cilovlamağa çalışırdılar. Həmin vaxt telefonumu və komputerimi əlimdən aldılar. Təxminən altı saatdan sonra vəkilimə məlumat verdilər. Daha sonra vəkil ilə barabər ofisə apardılar. Ofisdə axarış zamanı şkafın üstündən 40 000 dollar tapdılar. Tələb etdim ki, ekspertizya edilsin. Pulların mənə aid olub olmaması araşdırılsın. Ancaq edilmədi. Haqqımda söyənilənlərin hər biri şər və böhtandır ",- o vurğulayıb.
 
O həmçinin bildirib ki, kompüter və telefonunun parollarını  demədiyi üçün onu Bakı Şəhər Baş Polis idarəsində ikinci dəfə fiziki təzyiqə məruz qoyublar. 
 
Fərid Mehralızadənin vəkili Cavad Cavadovun "Fərid Abzas Media əməkdaşı olubmu?" sualına cavabında  Həsənli bildirib ki, Mehralızadə heç vaxt  Abzas Mediada işləməyib, sadəcə aralarında dost münasibəti olub. 
 
Fərid Mehralızadə  ABŞ-nın Azadlıq radiosunun müxbiridir.  Radionun rəhbəri Stephen Capus da bildirib ki,  Fərid Mehralızadə radionun müxbiridir və Abzas Mediaya heç bir aidiyyatı yoxdur. 
 
Hafiz Babalının vəkili Rəsul Cəfərovun suallarına cavabında da Həsənli, Babalının Abzas Media müxbiri olmaması və sadəcə onlara araşdırma yazılar verməsi barədə məhkəməyə məlumat verib.
 
Azərbaycanda fəaliyyət göstərən qərb ölkələrinin səfirliklərinin  nümayəndələri də  məhkəmədə iştirak ediblər. 

Növbəti proses fevralın 11-nə təyin olunub.

Ötən il noyabrın 21-də "Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra jurnalist Hafiz Babalıya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.

Abzasçılar təqsirli bilinəcəkləri halda 12 ilə kimi azadlıqdan məhrum edilə bilərlər.
 
Aytac Zeynalova


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol