• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda qırmızı diplomlu müəllimə xadiməlik təklif olunub ŞİKAYƏT

Lənkəranda qırmızı diplomlu müəllimə xadiməlik təklif olunub ŞİKAYƏT
30.01.2025 18:08
Lənkəran-Astara Regional Təhsil İdarəsində metodist vəzifəsində çalışan bir qrup əməkdaş  ixtisara salınıb. Bu barədə o,  Anews.az-a ünvanlanan şikayətdə bildirib.
 
 Şikayətçilərin sözlərinə görə,  işdən çıxarılmalarına səbəb qurumun daxilində fəaliyyət göstərən metodiki kabinetin bağlanması olub.
 
"İdarədə metodiki kabinetlər bağlandığı üçün kargüzarlar və metodistlər işdən azad olunub.  Bizi işlə təmin edəcəklərini desələr də, hələlik ortada heç nə yoxdur. Əvvəldən məktəbdə dərs deyən bəzi kargüzar və metodistlər isə müəllimlik fəaliyyətini davam etdirir. Bu onların əlavə işlə təmin olunması demək deyil.  Rayonun özündə nə qədər boş vakansiya var. Ancaq bizi işlə təmin etmirlər. İnsanları aldadırlar.  İşlə təmin olunanlar onsuz da, həmin məktəbdə çalışan müəllimlər olub. Biz ali təhsil almışıq. Altı nəfər bu problemi yaşayır. Lənkəranda üç nəfər metodist işlə təmin olunub. Onun da birini fəhlə kimi işə götürüblər", - şikayətdə bildirib.
 
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Tural Kərimov məsələyə münasibət bildirmək
istəməyib. 

Azərbaycan Respublikasının əmək qanunvericiliyinə görə, işçini bir vəzifəyə götürüb başqa sahədə işlətmək qəti qadağandır. 
 
Aytac Zeynalova 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol