• $
  • €
  • ₽
  • ₺
  • £

Kamran Əliyevdən yeni - Təyinatlar

Kamran Əliyevdən yeni - Təyinatlar
24.01.2025 15:59
Siyəzən rayonuna yeni prokuror təyin edilib.

Bu barədə baş prokuror Kamran Əliyev Əmr imzalayııb.

Əmrə əsasən, Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyev Siyəzən rayon prokuroru vəzifəsinə təyin edilib.
 
2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Abiyev əvvəllər Bakı şəhərinin Yasamal və Nərimanov rayon prokurorluqlarında müstəntiq, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, habelə Bakı Şəhər Prokurorluğunda idarə və şöbə prokuroru vəzifələrində işləyib.

Baş prokurorun digər Əmri ilə Yusuf Novruzov Sumqayıt şəhər prokurorunun müavini vəzifəsinə təyin edilib.
 
2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Y. Novruzov əvvəllər Qaradağ Rayon Prokurorluğunun müstəntiqi, Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifələrində işləyib.

Bu təyinata qədər Yusif Novruzov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru vəzifəsində işləyib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol