44 min taksiyə fəaliyyət göstərməyə qadağa qoyulub

Qanunvericiliyə edilən dəyişilikdən sonra taksilərin sayı 44 min azaldılaraq 23 minə çatdırılıb. Bunu AYNA İdarə Heyətinin sədr müavini Heydər Rüstəmov deyib.
O bildirib ki, qanundan əvvəl Bakıda 67 min taksi fəaliyyət göstərib.
Hazırda isə bu rəqəm 23 minə çatdırılıb.
Qanunvericiliyə edilən dəyişilikdən sonra istehsal tarixi 2016-ci ildən qabaq olan avtomobillərə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilmir.
Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA” informasiya sistemində "E-taksi” alt sistemi yaradılıb.
Azərbaycan Prezidenti İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunun tətbiqi haqqında fərman imzalayıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























