• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbələ RLS-də mina əməliyyatı

Qəbələ RLS-də mina əməliyyatı
29.05.2020 03:04
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Qəbələ radiolokasiya stansiyasının (RLS) ərazisində mina və partlayıcı maddələrin müəyyənləşdirilməsi üçün tədqiqatlara başlayıb. Bu barədə APA-ya eksklüziv açıqlamasında ANAMA-nın direktoru Nazim İsmayılov bildirib. N. İsmayılovun sözlərinə görə, əməliyyatlara yanvarın 21-də start verilib və 6 ay davam edəcək. Tədqiqatlar Azərbaycan hökumətinin tapşırığı əsasında aparılır. Tədqiqat-kəşfiyyat əməliyyatlarında ANAMA-nın Çevik Əməliyyat Qrupunun 15 nəfərlik heyətinin iştirak etdiyini deyən N. İsmayılovun sözlərinə görə, ümumilikdə stansiyanın ətrafında 220 hektar ərazi yoxlanılaraq mina və PHS-dən təmizlənəcək. Qeyd edək ki, 2013-cü ilin avqust ayında stansiyanın ərazisindən 13 mina tapılıb. Qəbələ RLS 2013-cü ilin iyun ayında icarə müddətinin bitməsi ilə əlaqədar olaraq Azərbaycan hökumətinin balansına keçib. “Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş” 2002-ci ildə imzalanıb. Rusiya 2012-ci il dekabrın 10-dan stansiyanın istismarını dayandırıb, 2013-cü ilin yay aylarında isə stansiya tam olaraq Azərbaycan hökumətinə təhvil verilib. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verir. 2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7 milyon dollar ödəyib. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol