• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir

Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
28.01.2025 14:41
Bakı Ağır Cinayətlər məhkəməsində  hakim Leyla Əsgərovanın  rəhbərliyi altında qaçaqmalçılıq, böyük məbləğdə vəsaitlərin leqallaşdırılması, dini-ekstremist materialların hazırlanması və yayılması və digər cinayətlərdə ittiham olunan SalamNews və İnterAz informasiya agentliklərinin təsisçisi və sahibi olan Mətləb Bağırovun işi üzrə məhkəmə araşdırması  baş tutub. davam edir.
 
Məhkəməyə ifadə verən Mətləb Bağırov bildirib ki, o, 2003-cü ildən bəri ölkə xaricində yaşayıb. 

"Mən Rusiya vətəndaşıyam və bu ölkədə öz biznesimi qurmuşam. İddia edirlər ki, mənim şirkətlərim Azərbaycanda yaradılıb, Türkiyə və Rusiyadakı firmalar isə onların filiallarıdır. Həmçinin bildirilir ki, Türkiyədən Azərbaycana pul göndərilib, onun bir hissəsi burada xərclənib, qalanı isə Türkiyəyə geri qaytarılıb. Bu nə qədər məntiqlidir? Əslində isə vəziyyət tam fərqlidir. İlk növbədə, İnterAz 2006-cı ildə Rusiyada diaspor kanalı kimi yaradılıb və Azərbaycanın hüdudlarından kənarda yayımlanıb. Mən İnterAz-ı 2007-ci ildə almışam. 2009-cu ildə isə SalamNews agentliyini təsis etdik. Məqsədimiz Azərbaycanla bağlı xəbərləri yaymaq idi. 2017-ci ildə Türkiyədə lisenziya aldım və eyni adlı şirkəti qeydiyyatdan keçirdim. Bu proses cəmi bir gün çəkdi. Şirkət digər media qurumları kimi xəbər hazırlamaqla məşğul idi. Biz hər gün təxminən yüz xəbər hazırlayır, altı dildə yayımlayırdıq. SalamNews 14 illik tarixə malikdir. Burada saxta sahibkarlıqdan necə danışmaq olar?",  - Bağırov deyib.
 
Bağırov həmçinin qaçaqmalçılıq ittihamları ilə bağlı məsələyə də münasibət bildirib. 

"İttihamda adı çəkilən şəxslərlə mənim heç bir işgüzar əlaqəm olmayıb. Mən Türkiyə vətəndaşları K.H. və N.K.-nı tanımıram. Onlar da məni tanımadıqlarını bildiriblər. Bəs bu pullar haradan gəlib? Çox sadə. Biz də başqaları kimi işləyirdik. T.X. mənim tərəfdaşım olub. Mən işləri birbaşa idarə etməmişəm. Kapitalımın bir hissəsi onda idi. O pulları necə daşıyıb – corabda, ya başqa şəkildə – mən bilmirəm. N.K. isə T.X.-ın tanışı olub və pullar onun vasitəsilə daxil olub. Ola bilər ki, T.X.-ın mənə birbaşa pul göndərməyə imkanı olmayıb və bu işdə N.K.-dan yardım istəyib. Bu, mənim fərziyyəmdir. Pullar Azərbaycana belə daxil olub. Mən heç vaxt məsuliyyətdən yayınmamışam. Bütün işlərimi şəffaf şəkildə aparmışam. Bəzən sadəcə tərəfdaşımın mənə pul göndərməsini xahiş etmişəm. Burada qaçaqmalçılıqla bağlı cinayətdən söhbət belə gedə bilməz", - Bağırov bildirib. 

Bağırov həmçinin vəsaitlərin leqallaşdırılması ittihamını qəbul etmədiyini bildirib. 

"Xaricdə qazandığım pulların Azərbaycanda xərclənməsi cinayət deyil. Bu pulları cinayət yolu ilə əldə etməmişəm. Mən nə reketçiliklə məşğul olmuşam, nə də oğurluq etmişəm. Leqallaşdırmanın özünün müəyyən kriteriyaları var",    o, bildirib. 

Bağırovun cinayət işi üzrə məhkəmə iclası fevralın 10-da davam edəcək.

Cəmiyyətdə Hacı Matləb kimi tanınan Matləb Bağırov, xaricdə dini təhsil alıb. O, İnterAz və SalamNews informasiya agentliklərinin təsisçisidir.
 
Mətləb Bağırov 30 yanvar 2023-cü ildə Dövlət Təhlükəsizlik Xidmətinin apardığı cinayət işi çərçivəsində həbs edilib. İş üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti zərərçəkmiş tərəf qismində çıxış edib. Bağırova cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması, saxta sahibkarlıq, dini-ekstremist materialların saxlanılması, qaçaqmalçılıq və digər ittihamlar irəli sürülüb.
 
O, 162-1.1 (işçi müqaviləsi olmadan çox sayda işçinin işə cəlb edilməsi), 167-3.1 (dini-ekstremist materialların saxlanılması), 193.2.2 (xüsusilə böyük gəlir əldə etməklə saxta sahibkarlıq), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş böyük məbləğdə vəsaitlərin leqallaşdırılması) və digər maddələri ilə ittiham olunur.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol