• $
  • €
  • ₽
  • ₺
  • £

Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb - Yenilənib

Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb - Yenilənib
29.01.2025 23:59
İlkin nəticələrə əsasən, bələdiyyə seçkilərində 7791 şəxsin qalib gəldiyi təsdiqlənib.Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 29-da baş tutan bələdiyyə seçkilərinin ilkin nəticələrinə dair keçirilən brifinqdə deyib.

O bildirib ki, protokolları daxil olan 4872 məntəqə üzrə 1 589 187 nəfər səs verib və 1 580 532 bülleten sayılıb.

 20:02

Saat 19:00 qədər olan nəticələrə görə bələdiyyə seçkilərində seçici fəallığı 31,45% təşkil edib. Bunu MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.
 
İndiyədək seçkidə 1 milyon 874 min 810 nəfər nəfər səsvermə hüququndan istifadə edib.  
 
 
19:00
Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesi yekunlaşıb.
 
17:58
 
Saat 17:00 qədər olan nəticələrə görə bələdiyyə seçkilərində seçici fəallığı 28,77% təşkil edib. Bunu MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib. 
 
 
İndiyədək seçkidə 1 milyon 715 min 291 nəfər səsvermə hüququndan istifadə edib.  


15:40
 
Saat 15:00-a olan seçici fəallığını nəticələrinə görə, respublika üzrə 1 473 005 nəfər səs verib, seçici fəallığı 24.71% faiz olub.
 
 15:35 
 
Saat 12:00 qədər olan nəticələrə görə bələdiyyə seçkilərində seçici fəallığı 17,11% təşkil edib. Bunu MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.
 

 
İndiyədək seçkidə 1 020 231 nəfər səsvermə hüququndan istifadə edib.  

10:26
 
Saat 10:00 qədər olan nəticələrə görə bələdiyyə seçkilərində seçici fəallığı 8,35% təşkil edib. Bunu MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.
 
İndiyədək seçkidə 499575 nəfər səsvermə hüququndan istifadə edib. 
 
08:00
 
Azərbaycanda seçki məntəqələri bələdiyyə seçkilərində səsvermə üçün açılıb.

Səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, seçici aktivliyi haqqında saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da məlumatla canlı yayımlanacaq.

Seçki ilə əlaqədar ölkədə qeyri-iş günüdür.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol