• $
  • €
  • ₽
  • ₺
  • £

Trampın qərarına görə BMT humanitar missiyalarını dayandırıb

Trampın qərarına görə BMT humanitar missiyalarını dayandırıb
29.01.2025 10:03
Birləşmiş Millətlər Təşkilatı ( BMT ) ABŞ prezidenti Donald Trampın bütün xarici yardım proqramlarını 90 gün müddətinə dayandırmaq qərarına görə humanitar missiyaları azaltmağa başlayıb. Bu barədə The Guardian yazır.

Belə ki, nəşrin məlumatına görə, BMT-nin Qaçqınlar üzrə Agentliyinin (UNHCR) rəhbəri işçilərə xərclərin məhdudlaşdırılması, bütün beynəlxalq daşımalardan imtina edilməsi və yeni alışların 90 gün müddətinə dondurulması əmri ilə məktub göndərib. BMT QAK 136 ölkədə 122 milyon qaçqına yardım edir.

Birləşmiş Ştatlar BMT-nin əsas donorudur və təşkilatın büdcəsinin 22%-ni təşkil edir. Eyni zamanda, Vaşinqtonun təşkilata borcu hazırda 2,8 milyard dollar təşkil edir.

Bundan əvvəl ABŞ məhkəməsi Trampın qrant və kreditləri, eləcə də digər maliyyə yardım proqramlarını dondurmaq qərarını fevralın 3-dək dayandırmışdı.

Yanvarın 28-də bir neçə qeyri-kommersiya təşkilatı koalisiyası ABŞ Prezidentinin İcra Aparatının İdarəetmə və Büdcə İdarəsinin rəhbərliyinə qarşı iddia qaldırıb.

Aytac 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol