• $
  • €
  • ₽
  • ₺
  • £

Cənub Qaz Dəhlizinin səhmləri üzrə dividendlər Neft Fonduna ödəniləcək

Cənub Qaz Dəhlizinin səhmləri üzrə dividendlər Neft Fonduna ödəniləcək
29.01.2025 14:29
Cari il ilk dəfə olaraq Cənub Qaz Dəhlizi (CQD) QSC-nin dövlətə məxsus səhmləri üzrə dividendləri (233,1 mln ABŞ dolları və ya 396,2 mln manat) Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) ödəniləcək.

Bu Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində əks olunub.

Eyni zamanda "SOCAR Türkiyə Ege” Neft Emalı Zavodu (STAR) layihəsi üzrə isə dividend ödənişlərinin 2026-ci ildən etibarən icra edilməsi nəzərdə tutulub.

Məlumata görə, "Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il tarixli 287 nömrəli Sərəncamının 1.1. bəndinin icrasına uyğun olaraq səhmlərinin 51 faizi dövlət mülkiyyətidə, 49 faizi isə ARDNŞ-ə məxsus CQD QSC yaradılmış, Sərəncamın 4-cü bəndinə əsasən Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilməsi, həmin səhmlər üzrə dividentlərin ARDNF-yə köçürülməsi müəyyən edilib.

Eyni zamanda, "SOCAR Türkiyə Ege” Neft Emalı Zavodu (STAR) layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 04 fevral 2013-cü il tarixli Sərəncamının icrasına uyğun olaraq STAR layihəsində dövlətin iştirak payının maliyyələşdirilməsi Dövlət Neft Fondu tərəfindən təmin edilmişdir. Həmin Sərəncama əsasən səhmlərinin 40% dövlət mülkiyyətində olan Səhmdar Cəmiyyəti təsis edilmiş və Sərəncamın 3- cü bəndinə uyğun olaraq həmin səhmlərin sahibliyi və idarə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilməsi, həmin səhmlər üzrə dividentlərin ARDNF-yə köçürülməsi müəyyən edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol