• $
  • €
  • ₽
  • ₺
  • £

Səfirlik Ukraynadakı azərbaycanlılara xəbərdarlıq yolladı

Səfirlik Ukraynadakı azərbaycanlılara xəbərdarlıq yolladı
22.01.2014 12:50
Kiyevdəki qarşıdurmalar zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.Azərbaycanın Ukraynadakı səfirliyinin konsul məsələləri üzrə I katibi Asim Osmanov APA – ya açıqlamasında bildirib ki, bu cür hallar aşkarlanmayıb: “İşdir, əgər Azərbaycan vətəndaşı yaralansa, ya da xəsarət alsaydı, Ukrayna tərəfi bu barədə səfirliyə məlumat verərdi. Bu vaxtadək bu cür məlumat və müraciətlər daxil olmayıb”. Səfirliyin Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına təhlükəsizliklə bağlı tövsiyə verib-verməməsinə gəldikdə isə A. Osmanov qeyd edib ki, Ukraynanın bölgələrindən Kiyevə gələn və konsul qeydiyyatına durmaq üçün müraciət edən bütün Azərbaycan vətəndaşlarına təhlükəsizlik məqsədilə toqquşmaların baş verdiyi yerlərə getməmək məsləhət görülür. Qeyd edək ki, Kiyevdə qarşıdurmalar davam edir. Yanvarın 19-da Kiyevin mərkəzində müxalifətin növbəti ümumxalq toplantısı keçirilib. Sonradan bu toplantı radikal müxalifətçilərin polislə qarşıdurmaya səbəb olub. Etirazçılar xüsusi təyinatlılara tərəf “Molotov kokteyli” ilə dolu şüşə qabları atıblar. Ukrayna DİN-in məlumatına görə, yanvarın 22-də səhər “Berkut” xüsusi təyinatlıları etirazçılara qarşı əməliyyata başlayıb. Buna səbəb polis əməkdaşlarına kimyəvi maddələrdən istifadə edilməklə planlaşdırılan hücumlar haqqında yayılmış məlumatlar olub. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol