82 plastik cərrah sənədlərini nazirliyə göndərib

2024-cü ilin dekabrın 27-dən bu günə qədər 82 plastik cərrah sənədlərini Səhiyyə Nazirliyinə təqdim edib. Bu barədə nazirlik məlumat yayıb.
Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlayacaq.
Bildirilib ki, yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Sənədlərini təqdim etməyən plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























