• $
  • €
  • ₽
  • ₺
  • £

Tbilisi məhkəməsi Əfqan Sadıqovun həbs müddətini uzadıb

Tbilisi məhkəməsi Əfqan Sadıqovun həbs müddətini uzadıb
31.01.2025 17:55
Yanvarın 31-də Tbilisi Şəhər Məhkəməsi, Azərbaycan saytlarından biri olan "Azel TV"-nin təsisçisi Əfqan Sadıqovun həbs müddətini daha üç ay uzadıb. Bu barədə onun  həyat yoldaşı Sevinc Sadıqova məlumat verib.
 
Onun sözlərinə görə,  həm Əfqan, həm də onun Sosial Ədalət Mərkəzindən olan vəkili məhkəmənin keçiriləcəyini yalnız son anda öyrəniblər.

Müdafiə tərəfinin Əfqan Sadıqovun ev dustaqlığına  və ya bir qrup gürcü jurnalistin zaminliyi ilə sərbəst buraxılması barədə vəsatəti təmin edilməyib.

Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstan hakimiyyətinə Sadıqovun Azərbaycana ekstradisiya edilməməsi ilə bağlı göstəriş verib.
 
"Məhkəmə son qərarını qəbul edənə qədər onun deportasiyasına icazə verilməməlidir",  -  qərarda bildirilib. 

Sevinc Sadıqovanın sözlərinə görə, Əfqan Sadıqov artıq 133 gündür ki, Tbilisinin Gldani həbsxana kompleksinin təcridxana xəstəxanasında aclıq aksiyası keçirir.

"Son bir həftə ərzində Əfqana qan şəkərinin təhlükəli səviyyəyə enməsinin qarşısını almaq üçün dərman və vitaminlərlə zənginləşdirilmiş maye verilir ki, komaya düşməsin. Əvvəl bu maye ona gündə bir dəfə verilirdi, indi isə üç dəfə verilir", –  Sevinc Sadıqova bildirib.

Onun sözlərinə görə, Əfqan Sadıqov aclıq aksiyasına başlamazdan əvvəl 95 kq çəkidə olub, lakin indi onun çəkisi 54 kq-dır.

"Bu gün məhkəmədə o, həbs müddətinin uzadılmasına etiraz olaraq  maye də qəbul etməyəcəyini bəyan etdi", –  Sevinc Sadıqova əlavə edib.

Əfqan Sadıqov 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana gedib. 

İyulda Gürcüstan hakimiyyəti onun ölkəni tərk edərək Türkiyəyə getməsinə icazə vermyib və ona yalnız Azərbaycana qayıda biləcəyi bildirilib.

Avqustda Azərbaycanın sorğusu əsasında Gürcüstan hakimiyyəti onu həbs edib. Rəsmi Bakı onun ekstradisiyasını tələb edir.

Sentyabrın 21-dən  Əfqan Sadıqov həbsinə və Gürcüstanda ona sığınacaq verilməməsinə etiraz olaraq aclıq aksiyası keçirir.

Gürcüstan hakimiyyəti ona siyasi sığınacaq verməkdən imtina edib.

Noyabrın 28-də  2024-cü ildə Tbilisi Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası barədə qərar qəbul edib. 15 yanvar 2025-ci ildə Gürcüstan Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol