• $
  • €
  • ₽
  • ₺
  • £

30 istiqamət üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

30 istiqamət üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
31.01.2025 18:59
30 istiqamət üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Gəncə, Bakı-Lənkəran, Bakı-Tərtər, Bakı-Ağdaş, Bakı-Cəlilabad, Bakı-Oğuz, Bakı-Masallı, Bakı-Beyləqan, Bakı-İmişli, Bakı-Ağcabədi, Bakı-Qəbələ, Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi), Bakı-Qubadlı, Gəncə-Astara, Gəncə-Zaqatala, Sumqayıt-Mingəçevir, Sumqayıt-Quba, Sumqayıt-Kürdəmir, Sumqayıt-Qazax, Sumqayıt-Xankəndi-Laçın, Astara-Mingəçevir, Mingəçevir-Ağcabədi, Şəki-Mingəçevir, Bərdə-Şəki, Ağcabədi-Xankəndi-Laçın, Horadiz-Laçın, Xudat-Quba, Nabran-Qusar və Naftalan-Suqovuşan şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarılır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 1 mart 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Gəncə, Bakı-Lənkəran və Bakı-Tərtər istiqamətlərində 3 Lot üzrə martın 4-də;

Bakı-Ağdaş, Bakı-Cəlilabad, Bakı-Oğuz, Bakı-Masallı, Bakı-Beyləqan və Bakı-İmişli istiqamətlərində 7 Lot üzrə martın 11-də;

Bakı-Ağcabədi, Bakı-Qəbələ, Gəncə-Astara, Gəncə-Zaqatala, Sumqayıt-Mingəçevir, Sumqayıt-Quba və Sumqayıt-Kürdəmir istiqamətlərində 7 Lot üzrə martın 14-də;

Sumqayıt-Qazax, Astara-Mingəçevir, Mingəçevir-Ağcabədi, Şəki-Mingəçevir, Bərdə-Şəki, Sumqayıt-Xankəndi-Laçın və Ağcabədi-Xankəndi-Laçın istiqamətlərində 7 Lot üzrə martın 18-də;

Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi), Bakı-Qubadlı, Horadiz-Laçın, Xudat-Quba, Nabran-Qusar və Naftalan-Suqovuşan istiqamətlərində 7 Lot üzrə martın 28-də baxılacaq.

Qeyd: Sumqayıt-Xankəndi-Laçın və Ağcabədi-Xankəndi-Laçın müntəzəm şəhərlərarası marşrut xətlərinin tam fəaliyyəti Şuşa şəhərindən Laçın rayonuna qədər olan yol infrastrukturunun vəziyyəti və hava şəraiti nəzərə alınmaqla tənzimlənəcək.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol