• $
  • €
  • ₽
  • ₺
  • £

Masallıda yol qəzasında xəsarət alanların durumu açıqlanıb - Yenilənib

Masallıda yol qəzasında xəsarət alanların durumu açıqlanıb - Yenilənib
02.02.2025 16:27
Fevralın 1-i saat 21:20 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (1 qadın cinsli, 1 kişi cinsli, 1 azyaşlı olmaqla ) Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Bu barədə TƏBİB-dən bildirilib.
 
Qeyd edilib ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

1977-ci il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti orta ağır qiymətləndirilir, müalicəsi Masallı Rayon Mərkəzi Xəsyəxanasında davam etdirilir.
1986-cı il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti ağır qiymətləndirilir. Boyun fəqərələrinin və almacıq sümüyünün sınığı, subaraxinoidal qansızma diaqnozları təyin edilən şəxsin Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyəsi planlaşdırılır.

2018-ci il təvəllüdlü azyaşlının isə vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

1 nəfərin isə hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.

16:07

Masallıda minik və yük avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var.
"Report"un məlumatına görə, hadisə Ələt–Astara magistralının Masallı rayonunun Sərçuvar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1953-cü il təvəllüdlü Rəsul Ələkrəm oğlu Kərimovun idarə etdiyi nəqliyyat vasitəsi, eyni istiqamətdə hərəkətdə olan ağırtonnajlı (TIR) yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər – Sütəmurdov kənd sakinləri; 1977-ci il təvəllüdlü Ramin Rəsul oğlu Kərimov, 1986-cı il təvəllüdlü Seyda Etibar qızı Kərimova və 2018-ci il təvəllüdlü Y.Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Sürücü R.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəzanın baş verməsinə səbəb qatı dumanlı hava şəraiti olub.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol