Polisi döyən sabiq deputat azadlığa çıxıb

Milli Məclisin sabiq deputatı Eldəniz Səlimov cəza müddəti başa çatdığı üçün azadlığa buraxılıb. Bu barədə report məlumat verib.
Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunurdu.
Milli Məclisin sabiq deputatı Eldəniz Səlimov Xaçmazda yerləşən "Starıy Dvor” restoranında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına qarşı zor tətbiq edib. O bu əməlinə görə 3 il 6 ay müddətə azadlıqdan məhrum olunub.
Baş verən hadisəyə görə Səlimovun deputatlıq mandatı da ləğv olunub.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























