• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
03.02.2025 19:00
Azərbaycanın müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib.Bu barədə nazirlikdən məlumat verilib.
 
Səfər çərçivəsində Baş direktor Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb.

Tərəflər iki ölkə arasında hərbi əməkdaşlığın qədim tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi qeyd edib.

Görüşdə Azərbaycan və Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Daha sonra Qazaxıstan Respublikası müdafiə nazirinin müavini general-mayor Şayx-Xasan Jazıkbayev ilə görüş keçirilib.

Hər iki tərəf bu cür görüşlərin hərbi əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini vurğulayıb, keçirilən birgə təlimlərin hərbi qulluqçuların peşəkarlığının artırılmasına və orduların daha da güclənməsinə müsbət təsir etdiyini bildirib.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol