• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərişıq" sayğacı söküb, sonra yerində tapmadığına görə vətəndaşları cərimələyib - ŞİKAYƏT

"Azərişıq" sayğacı söküb, sonra yerində tapmadığına görə vətəndaşları cərimələyib   - ŞİKAYƏT
04.02.2025 15:47
Bakının Bayıl qəsəbəsində yerləşən  Kristal Abşeron MTK binalarının birində işıq sayğacları yandığına görə, "Azərişıq" ASC vətəndaşları 84.64 manat cərimələyib və bu həmin abonentlərin hiddətinə səbəb olub.  Bu barədə həmin ünvanda yaşayan vətəndaş Azər Quliyev anews.az-a bildirib. 
 
Onun sözlərinə görə, 2024-cü ilin noyabrında binanın blokunda  işıq sayğaclarının yerləşdiyi qutuda quraşdırılan sayğaclardan birində yanğın baş verib. Nəticədə qutudakı 12 sayğacın hamısına ziyan dəyib.
 
"Vətəndaş evində oturduğu vaxt sayğac yanırsa cəriməni niyə vətəndaş ödəməlidir? Hadisə baş verən vaxt yanan sayğacları "Azərişığ"ın əməkdaşları söküb apardılar. Bir həftə sonra yenisini gətirdilər. Sonra isə bizə 372401 nömreli akt tərtib olundu. Aktda yazılıb ki, abonentə məxsus hesablama elektrik sayğacı yerində aşkar olumadığı ücün 84.64 manat sayğacın dəyəri olaraq cərimə qeydə alınsın. Maddədə yazılıb ki, elektrik enerjisindən istifadə qaydalarınin 7.6 bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnən və ya itmiş elektrik sayğacı üçün cərimədir.  Aktda qeyd olunub ki, sayğac yerində olmayıb. Sayğacı sökən "Azərişıq"dır. Əvvəlcə söküb, sonra isə deyir ki, sayğac yerində olmayıb. Sayğacın niyə sıradan çıxması ilə bağlı bizə heç bir rəsmi məlumat verilməyib",  - Quliyev bildirib. 
 
O həmçinin bildirib ki, yanğından sonra binaya FHN  yanğınsöndürənləri, polis və təcili yardım briqadası gəlib, hadisə ilə bağlı akt tərtib olunub. 
 
"Binada "Azərişiq" ASC-nin təqsiri üzündən yanğın baş verib. Çünki kabellər zay olub.  Hadisə yerinə FHN yanğınsöndürənləri, polis, təcili yardım briqadası və sair qurumlar gəlib. Bu barədə də akt tərtib olunub və bildirilib ki, binada vətəndaşların sayğacları yanğın nəticəsində yararsız hala düşüb",   - Quliyev bildirib.
 
Yanğının baş verdiyi binanın komendantı Seymur Quliyev isə sakinlərlə  razılaşmır və bildirir ki, yanğın naqillərin yararsız olması səbəbindən baş verməyib. 
 
"Sayğac qutusu ilə üzbəüz kamera  quraşdırılıb. Bu görüntülərdə aydın görünür ki, yanğın bir sayğacda  başlayaraq digərlərinə keçib. Buna görə, MTK məsuliyyət daşımır. Ola bilər kiminsə evində qısaqapanma olub və digərlərinə keçib. Onlara biz yox "Azərişıq" müdaxilə edə bilər. Kimsə şikayət edə bilər. MTK heç kimə borc yazmayıb", - Quliyev bildirib. 
 
O,  həmçinin bildirib ki,  yanğın baş verən gün "Azərişıq" özü onları sayğacsız  işəqla təmin edib və 3-4 gün vətəndaşlar sayğacsız elektriklə təmin olunublar. 
 
Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, bütün hallarda sayğacların yararsız hala düşməsi vətəndaşların məsuliyyəti deyil. 
 
"Ancaq laboratoriya araşdırması nəticəsində sayğacın sıradan çıxma səbəbləri müəyyən edilə bilər. Əgər belə bir araşdırma olmayıbsa sayğacın vətəndaşların müdaxiləsi nəticəsində sıradan çıxmasını iddia etmək olmaz.  Böyük ehtimal ki, sayğaclar çöldə quraşdırılıbsa, bu vətəndaşların səhvi ucbatından ola bilməz.  Birinci alov  yaranan sayğacın xəttində  problem ola bilər və yaxud müdaxilə oluna  bilər. Bu halda digər sayğaclara da cərimənin yazılması doğru deyil.  Əgər nəticələrdə zavod qüsuru çıxarsa, bu halda zərər "Azərişığ"ın hesabına ödənilməlidir",  -  hüquqşünas vurğulayıb.
 
Məsələ ilə bağlı "Azərişıq” ASC-nin mətbuat xidməti rəhbərinin müavini  Pərvanə Kazımzadənin  sözlərinə görə,  hər şey qurumun vətəndaşa təqdim etdiyi sənədin son abzasında bildirilib.
 
Anews.az-ın "sayğaclar laborator yoxlamadan keçibmi"sualına  isə "Azərişıq" rəsmisi cavab verməyib. 
 

 
 
Hüquqşünasın sözlərinə görə, qurum sayğacların  laboratoriyada yoxlanmasını təmin etmirsə vətəndaşların məhkəməyə müraciət etmək hüququ var.  
 
Aytac Zeynalova
 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol