• $
  • €
  • ₽
  • ₺
  • £

MTV və Dünya TV-nin yayımı 3 saatlıq dayandırılıb

MTV və Dünya TV-nin yayımı 3 saatlıq dayandırılıb
05.02.2025 18:14
Bu gün Audiovizual Şuranın son günlərdə MTV və Dünya TV kanallarında aşkarlanan pozuntu faktlarına həsr olunmuş videoformatda iclası keçirilib.Bu barədə Audiovizual Şuradan bildirilib.

Fevralın 3-ü saat 21:28-də MTV kanalının efirində yayımlanan "Doktor Seyfəddin Əsəd Klinikası”na aid reklam çarxında həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməyib, bununla da "Reklam haqqında” Qanunun 4.3-cü maddəsinin tələbləri pozulub. Həmçinin həmin reklam materialında "Dünyada miqren xəstəliyinin müalicəsi yalnız bizdədir” ifadəsindən istifadə olunub və "Reklam haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozularaq haqsız reklama yol verilib.

Bundan əlavə, fevralın3-ü saat 19:40-da Dünya TV kanalının  efirində yayımlanan "Sabirabad Klinikası”na aid reklam çarxında da həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməyib, bununla da "Reklam haqqında” Qanunun 4.3-cü maddəsinin tələbi pozulub. 

Müzakirələrdən sonra Audiovizual Şura "Media haqqında” Qanunun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq hər iki televiziya kanalının proqramlarının 7 fevral saat 08:00-11:00 arası 3 saatlıq dayandırılması haqqında müvafiq qərarlar qəbul edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol