• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır
05.02.2025 20:49
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmətə ötən il ərzində 3500-dən çox müraciət daxil olub

2024-cü il ərzində Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə (AUQX) ümumilikdə 3635 müraciət daxil olub. 24/7 rejimdə müraciətlərin qəbulunu təmin edən xidmət uşaqların və ailələrin problemlərinə operativ dəstək göstərib.

Daxil olan sorğuların ilkin emalından sonra 140 ailə ilə fərdi görüşlər təşkib olunub, bu ailələrin uşaqları ilə  sosial-psixoloji reabilitasiya işləri həyata keçirilib, hüquqi, psixoloji və psixososial yardım göstərilib. Həmçinin daxil olan müraciətlərə əsasən 62 məktəb və ailəyə təcili-təxirəsalınmaz səfərlər təşkil edilib.

Zənglərin təsnifatına gəldikdə, hesabat ilində AUQX-ə daxil olan müraciətlərin əksəriyyəti uşaqların hüquqlarının qorunması, psixoloji dəstək və sosial problemlərin həlli ilə bağlı olub. Belə ki, hüquqi sahə ilə bağlı 1090, psixoloji problemlərlə əlaqəli 618, sosial sahəyə aid 364, təhsil üzrə 290, səhiyyə üzrə 73 müraciət daxil olub. Digər zənglər isə ümumi xarakterli suallar, xidmət haqqında məlumat sorğuları və digər müxtəlif mövzularla əlaqəli olub.

Müraciətlərin 1999-u kişilər tərəfindən, 1236-sı qadınlar tərəfindən, 400-ü isə anonim şəkildə edilib. Zənglərin yaş təsnifatına əsasən, onların 2799-u 18 yaşdan yuxarı, 436-sı isə 18 yaşdan aşağı uşaqlardan gəlib, qalan müraciətlər anonim olub.

Xidmət fəaliyyətini müvafiq dövlət qurumları və qeyri-hökümət təşkilatları ilə əməkdaşlıqda həyata keçirir. Eyni zamanda hər il əhalinin məlumatlılığının artırılması, qaynar xəttə daha çox diqqətin cəlb edilməsi, uşaq və yeniyetmələr üçün əlçatanlığın təmin edilməsi məqsədilə qaynar xətt xidmətinin əməkdaşları tərəfindən müxtəlif maarifləndirilmə tədbirləri həyata keçirilir.
 
"Uşaq Qaynar Xətt”i 116111 qısa nömrəsi, 4 mobil xətt (+994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80), elektron poçt ([email protected]), Facebook və Instagram sosial şəbəkələri, "uşaqqaynarxetti” mobil tətbiqi, həmçinin AUQX veb-saytındakı canlı çat üzərindən xidmət göstərir.
 

"Azercell Telekom” MMC fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol