• $
  • €
  • ₽
  • ₺
  • £

Provayderlərlə bağlı yeni tələblər müəyyən ediləcək - İKTA

Provayderlərlə bağlı yeni tələblər müəyyən ediləcək - İKTA
06.02.2025 13:30
Mövcud serverlərin minimal texniki tələblərə uyğunluğunu müəyyən etmək üçün serverlərə birlikdə baxış keçiriləcək, operator və provayderlər qarşısında yeni tələblər qoyulacaq. Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin nümayəndələri ilə görüş də belə bir qərar qəbul edib. 
 
Görüşdə İKTA İdarə heyətinin sədri Nail Mərdanov qeyd edib ki, tənzimləyici qurum "Ookla” şirkəti ilə rəsmi əməkdaşlıq edir. Rəsmi razılıq əsasında ölkə ərazisində şirkət tərəfindən aparılan bütün ölçmələrin cihaz qeydləri Agentliyə təqdim edilir. Agentlik böyük həcmdə məlumatların (Big DATA) təhlilləri əsasında bir sıra araşdırmalara başlayıb. Aparılan müşahidələrə görə, bu gün Azərbaycanda 36 operator və provayderdə "Ookla”nın "Speedtest” serverləri mövcuddur. Amma müəyyən səbəblərdən onların istifadəsinə nəzarət istənilən səviyyədə deyil. Bu isə ümumilikdə ölkədə internetin sürətinin ölçmə nəticələrinin 10-20%-dək təhrif olunmasına səbəb olur. Nəticədə isə bu hal ölkəmizin internetin sürəti ilə bağlı beynəlxalq reytinqlərdə irəliləməsinə mənfi təsir göstərir.

İKTA sədri, eyni zamanda operator və provayderlər arasında məlumat mübadiləsi üçün qurulan və internet sürətinə təsir edən "Local Exchange” arabağlantıların yaxşılaşdırılmasına ehtiyac olduğunu bildirib.


Nail Mərdanov ölkəmizi qlobal internetə bağlayan 3 əsas "Backbone” operator arasında arabağlantının şərtlərinin Agentlik tərəfindən nəzərdən keçirildiyini və ən qısa müddətdə 3 əsas operator arasında arabağlantı resurslarının təcili şəkildə artırılmasının zəruri olduğunu vurğulayıb.


O əlavə edib ki, "Ookla” sponsor serverlərinin performans və əməliyyat göstəriciləri nəzarətdən kənar qaldığı üçün İKTA bunun biznes fəaliyyətinə təsiri olmadığını, ölkənin isə beynəlxalq reytinq cədvəllərində mövqeyinə birbaşa təsirini nəzərə alaraq müştərək baxışın keçirilməsini məqsədəuyğun hesab edir:


"Bu səbəbdən də ilkin olaraq mövcud serverlərin minimal texniki tələblərə uyğunluğunu müəyyən etmək üçün serverlərə birlikdə baxış keçiriləcək, operator və provayderlər qarşısında yeni tələblər qoyulacaq. Bütün serverlərin texniki parametrlərinə yenidən baxılmalı və tələb olunan sazlamalar həyata keçirilməlidir. Tənzimləyici qurum tərəfindən tələblərə uyğun qurulmayan serverlərin fəaliyyətinin uyğunlaşdırılması tələb ediləcək. Şəbəkə dayanıqlılığı layihəsi çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən "Ookla” sponsor serverlərinin əsas fəaliyyət göstəriciləri (KPI) barədə dövri hesabatlıq tələb olunacaq. Növbəti hesabat dövründən etibarən operator və provayderlərdən serverlərin əməliyyat və performans göstəriciləri ilə də bağlı məlumatların toplanılması həyata keçiriləcək”, - məlumatda deyilir. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol