Sumqayıtda doğum evində faciə

“Ananın vəziyyəti ağır qiymətləndirilir”.Sumqayıt şəhərində doğuş evində faciə yaşanıb.Oxu.Az-a daxil olan məlumata görə, Sumqayıt şəhər 2 saylı Doğum evinə hamiləliyin 8-ci ayında olan və kəskin böyrək çatışmazlığından əziyyət çəkən Leyla Mirzəyevə daxil olub.Həkimlərin səyinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Sumqayıt şəhər Səhiyyə şöbəsinin əməkdaşı Xalidə Quliyevanın bildirdiyinə görə, yanvarın 16-da Leyla Mirzəyeva şəhərin 2 saylı Doğum evinə müraciət edib.“Xəstəxanaya gətirilərkən ananın vəziyyəti ağır olub. 8 aylıq hamilə olan qadın kəskin böyrək çatışmazlığından əziyyət çəkirmiş. Doğum evinə daxil olduqdan sonra aparılan müayinə ananın bətnindəki körpənin öldüyünü göstərib. Həkimlərin konsiliumundan sonra xəstənin əməliyyat olması barədə qərar qəbul etmişik. Əməliyyat nəticəsində ölmüş körpə ananın bətnindən çıxarılıb. Hazırda Leyla Mirzəyeva xəstəxanadadır. Onun vəziyyəti ağır qiymətləndirilir”, - deyə, X.Quliyeva qeyd edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























