• $
  • €
  • ₽
  • ₺
  • £

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib
06.02.2025 18:57
Fevralın 6-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib.

Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyənləşdirdiyi hədəflərə çatmaq üçün Komissiyanın üzərinə düşən əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb.
 
O qeyd edib ki, 2024-cü il ərzində də dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı tədbirlər həyata keçirilib.

Komissiya sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə edilən nailiyyətlərin möhkəmləndirilməsi baxımından korrupsiyaya qarşı mübarizə mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə tədbirləri dövlət orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun olaraq qurulması və dövlət orqanlarına ictimai etimadın gücləndirilməsi baxımından da zəruridir. Eləcə də dövlət orqanlarının fəaliyyətində hesabatlılığın və məsuliyyətin artırılması, dövlət əmlakının düzgün idarə olunması sahəsində yeni çağırışlar da korrupsiyaya qarşı mübarizə fəaliyyətinin sistemli və davamlı şəkildə aparılmasını şərtləndirir.
İclasda Komissiyanın Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilmiş yeni üzvləri təqdim olunub, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri də müzakirə edilib. Bu əməkdaşlıq çərçivəsində Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO) 5-ci dəyərləndirmə raundu çərçivəsində verdiyi tövsiyələrlə bağlı görülmüş işlər nəzərdən keçirilib.

İclasda məhkəmə-hüquq sistemində aparılmış son islahatların korrupsiyaya qarşı mübarizə fəaliyyətinə təsiri barədə məruzə dinlənilib, bu sahədə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib. Eləcə də dövlət orqanlarının (qurumlarının) fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, təhlili, qiymətləndirilməsi və qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan başqa, Komissiyanın Reqlamenti və növbəti dövr üçün iş planı təsdiq edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol