• $
  • €
  • ₽
  • ₺
  • £

"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir

"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
07.02.2025 10:13
"Ali Təhsil haqqında" qanun layihəsi hal-hazırda müzakirə predmeti deyil. Bunu elm və təhsil naziri Emin Əmrulayev anews.az-ın sualını cavablandırərkən deyib.

"Bu qanunu son bir ay daxil olmaqla müzakirə etməmişik. Hazırda bizimlə Milli Məclis arasında müzakirə pretmeti deyil. Nə qədər müzakirə etmişiksə etmişik. Onsuz da qanunvericilikdə dəyişilillər olacaq. Müxtəlif məqamlar var. Məsəıən ikipilləli dokturanturadan bir pilləli dokturanturaya keçid və.s. Böyük ehtimal nə vaxtsa bu məsələyə gəlib çıxacayıq. Heç vaxt olmayacaq demirəm. Hal hazırda müzakirə etmirik",- nazir bildirib.
 
Yanvarın 23-də Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxışında bildirib ki, "Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün yenidən yeni İşçi Qrup formalaşdırılmalıdır. 
 
2024-cü ilin fevralında Elm və Təhsil Nazirliyi anews.az-ın sorğusuna cavab olaraq bildirmişdi ki, "Ali təhsil haqqında” qanun Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. 
 
VI çağırış Milli Məclisin fəaliyyəti dövründə "Ali Təhsil haqqında" qanununla bağlı bir neçə müzakirə olub. Bir neçə deputatlar bu qanunun qəbul olunmsının gecikdiyi bildirib. Buna cavab olaraq Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev qeyd edib hazırda bu qanunun üzərində iş gedir. 

"Burada deputatların təklifləri aiddiyatı qurumlara təqdim olunub. Təkliflər üzərində iş gedir. Qanun layihəsi hələlik bizim komitənin də birinci oxunuşuna çıxarılmayıb. Səbəb odur ki, bir sıra məsələlər razılaşdırılmalıdır. Bunlar öz əlllini tapdıqdan sonra biz dinləmələr keçirilməliyik. Dinləmələr keçirtmək üçün heç bir qanun yoxdur”, - deputat əlavə edib.
 
"Ali Təhsil haqqında" qanunda universitetlərin statusu, diplomların tanınması, distant təhsil, sosial yataqxanalar, ikili diplomlar, doktorantura səviyyəsinin birmərhələli olması, tələbələrin köçürülməsinin yeni qaydaları və s. haqqında vacib məsələlər yer alması planlaşdırılır. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol