• $
  • €
  • ₽
  • ₺
  • £

Avropanın yeraltı qaz anbarlarındakı ehtiyatların səviyyəsi 50 %-dən aşağı düşüb

Avropanın yeraltı qaz anbarlarındakı ehtiyatların səviyyəsi 50 %-dən aşağı düşüb
08.02.2025 11:42
Dünya bazarı üçün əsas göstəricilərdən biri olan Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi onların tutumunun 50 %-dən aşağı düşüb.

Bu barədə "İnterfaks” "Gas Infrastructure Europe” şirkətinin məlumatlarına istinadən məlumat yayıb.


Fevralın 6-na olan vəziyyətə əsasən, ehtiyatların səviyyəsi 49,95 % təşkil edib. Bu göstərici son beş ilin orta səviyyəsindən (58,04 %) 8 faiz bəndi aşağıdır. GIE-nin 2011-ci ildən apardığı müşahidələrə əsasən, bu tarixdə doqquz il ərzində ehtiyatlar daha yüksək olub, beş il isə indiki səviyyədən aşağı olub.

Üstəlik, Avropada havanın temperaturu kəskin soyuq deyil və iqlim normasına uyğundur. Yanvar ayında Avropada orta temperatur həm normadan, həm də ötən ilin göstəricilərindən 1 dərəcə yüksək olub. Fevral ayında isə temperaturun iqlim norması səviyyəsində və 2024-cü ilin eyni ayı ilə müqayisədə 4 dərəcə aşağı olacağı proqnozlaşdırılır.
Qazın cari mövsümdə intensiv istifadəsi səbəbindən Avropanın yeraltı qaz anbarlarının ehtiyatlarını yay aylarında artırmaq və istifadə mövsümünün başlanmasına qədər 90 %-lik hədəfə çatdırmaq üçün daha çox tədarükə ehtiyac olacaq. "Qazprom”dan qaz tədarükünə qoyulan məhdudiyyətlər fonunda Avropa İttifaqının bu direktivinə əməl etməsi, 2025-ci ildə qlobal qaz qiymətlərinə ciddi dəstək verəcək.

Hazırda Avropada qazın qiyməti min kubmetr üçün 600 ABŞ dolları səviyyəsindədir. Niderlandın TTF qovşağında fevralın 7-də "bir gün əvvəldən” tipli müqavilə 594 ABŞ dolları səviyyəsində bağlanıb.
Bundan əlavə, Avropa enerji sektoru qaz istehsalı ilə külək elektrik stansiyalarından enerji təchizatındakı kəsiri kompensasiya etməyə məcburdur. 2025-ci ilin fevral ayının ilk həftəsində külək turbinləri Avropanın elektrik enerjisi tələbatının cəmi 12 %-ni təmin edib. Halbuki 2024-cü ilin eyni dövründə bu göstərici təxminən iki dəfə yüksək – 22 % olub

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol