• $
  • €
  • ₽
  • ₺
  • £

İTV-nin canlı yayımına haker hücumu olub

İTV-nin canlı yayımına haker hücumu olub
08.02.2025 23:06

İctimai Televiziyanın (İTV) rəsmi saytına və canlı yayımına haker hücumu olub.Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında bildirib.

"Görünür ki, İTV-nin rəsmi saytına və canlı yayımına haker hücumu olub.Bu anlarda İTV-nin rəsmi saytına (itv.az) daxil olduqda fərqli mənzərə görsənir. Burada hansısa xarici bir saytın məlumatları yerləşdirilib.

Düşünmək olar ki, sayta kiber hücum olub. Maraqlıdır ki, İTV canlı yayımını da öz saytı üzərindən aparırdı. Bu baxımdan hazırda sayt üzərindən canlı yayım da yoxdur.

Büdcədən maliyyələşən və dövlətin rəsmi informasiya resurslarından biri olan bu kanalın belə bir hücuma məruz qalması informasiya təhlükəsizliyi sahəsində ciddi boşluqların olduğunu göstərir.

Güman etmək olar ki, kiber hücum edənlər saytın boşluqlarından və zəif qorunmasızdan istifadə ediblər.İTV yetərincə baxımlı kanaldır, faydalı kontent istehsal edir.Bu cür ictimai, milli informasiya resursu belə asanlıqla ələ keçirilməli deyil”, - Osman Gündüz qeyd edib.

O bildirib ki, iki gün öncə kibertəhlükəsizliklə bağlı , bütün maraqlı tərəflərin, o cümlədən elə TV-lərin də nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda həm də canlı yayımın kiber müdaxilələrdən qorunması müzakirə predmeti olmuşdur:
 
"Bu sektorda ciddi boşluqların ola biləcəyi vurğulanmışdır .Əvvəllər də bu haqda qeyd etmişdim. Hazırda AzTV-dən başqa digər yayımçılarda rəsmi saytlarıyla bağlı, canlı yayımla bağlı vəziyyət təhlükəsizlik tələblərinə yetərincə cavab vermir.
Daha narahatedici məqam isə canlı yayımın təhlükəsizlik məsələsidir, yayıma kənar müdaxilə riskidir.
İndi təsəvvür edin ki, Prezident çıxış edir canlı yayımda və rəsmi sayt da sıradan çıxarılır və yayıma ayrı bir kontent təqdim edilir. Hansı ki bu tip çıxışların vaxtı da adətən öncədən bilinir.
İTV bu cür hadisələrin təkrarlanmaması üçün İT infrastrukturu dərhal gücləndirilməli, bura resurslar ayırmalı, təhlükəsizlik sistemləri yenilənməli və kibermonitorinq aparmalı,kiber audit təşkil etdirməlidir.
Dövlət informasiya resurslarının bu qədər zəif qorunması qəbuledilməzdir və təcili tədbirlər görülməlidir".



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol