• $
  • €
  • ₽
  • ₺
  • £

Eks-prezident toy etdi

Eks-prezident toy etdi
21.01.2014 13:06
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov bir neçə gün əvvəl nəvəsinə toy edib. Bu barədə Modern.az saytına ASDP sədri Araz Əlizadə eks-prezidentin  fəaliyyəti ilə bağlı sualımıza cavab verərərkən bildirib. Onun sözlərinə görə, A.Mütəllibovun nəvəsinin toyu bu günlərdə Bakıdakı şadlıq evlərinin birində keçirilib. A.Əlizadə eks-prezidentin hansı nəvəsinin toyu və kiminlə qohum olması  barədə ətraflı danışmaq istəməyib. ASDP sədri həmçinin vurğulayıb ki, eks-prezident özünün memuraları əks olunacaq kitab üzərində işlərini davam etdirir.Eks-prezidentin 2 övladı var. Onlardan biri Azad Mütəllibov 2011-ci ildə 50 yaşında xəstəlikdən vəfat edib.Ayaz Mütəllibov 1990-cı ildə Azərbaycana rəhbərlik edib, 1991-ci ilin oktyabrında ölkənin ilk prezidenti seçilib. 1992-ci il martın 6-da istefa verib. Həmin il mayın 14-də yenidən vəzifəsinə qayıdıb, ancaq bir gün sonra xalq hərəkatının təzyiqi altında prezidentlikdən çəkilərək ölkəni tərk edib və o vaxtdan Moskvada yaşayıb. 2012-ci ilin iyun ayında Azərbaycanda yeni qanun – sabiq prezidentlərin və ailə üzvlərinin təminatını nəzərdə tutan konstitusiya qanunu qüvvəyə minib. Bununla da Ayaz Mütəllibov ölkəyə qayıtmaq imkanı əldə edib. Mütəllibov 2012-ci il iyulun 7-də həmişəlik Bakıya qayıdıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol