• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Qəhrəmanın qardaşı MTN-ə müraciət etdi

Milli Qəhrəmanın qardaşı MTN-ə müraciət etdi
21.01.2014 12:49
“Albert döyüşəndə bu gün onun barəsində pis yazanlar analarının donları arxasında gizlənmişdilər”.Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov məsələyə münasibət bildirib.ANS PRESS Vesti.Az-a istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun İsrailin Akko şəhərində yaşayan ailəsi "Facebook" sosial şəbəkəsindəki bəzi istifadəçilərin fikirlərindən dərin narahatlıq hissi keçirir.Xatırladaq ki, ötən həftə Facebook sosial şəbəkəsində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov haqqında yəhudinin şəhid adlandırıla bilməyəcəyi barədə təhqiramiz ifadələr yer almışdı.“Yəhudidən şəhid olar? Yalnız müsəlmanlar şəhid ola bilərlər. Bu isə cəhənnəmdə yanacaq” – Azərbaycan ictimaiyyətində kəskin narazılıq doğurmuş fikirlərdən biri belədir (www.minval.az). Təəssüf ki, dövlətimizin düşmənləri bu imkandan dərhal istifadə ediblər və ayrı-ayrı Facebook istifadəçilərinin fikirlərini bütün Azərbaycan xalqının adına yazıblar.Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov məsələyə münasibət bildirərkən, aşağıdakıları deyib:“Facebook sosial şəbəkəsində Albertin ünvanına təhqiramiz ifadələrin yayılması barədə məlumatı təsadüfən aldım. Bu sadəcə çox hiddətləndirici haldır! Biz Albertin ünvanına təhqiramiz ifadələri yayanların məsuliyyətə cəlb olunması üçün Azərbaycan rəhbərliyi və Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmək niyyətindəyik. Bundan başqa, biz baş verənləri aydınlaşdırması üçün STMEQİ Dağ yəhudilərinin mədəniyyəti və ənənələrinin qorunması beynəlxalq xeyriyyə fonduna müraciət etmişik”, - deyə, Rantik Aqarunov bildirib.Milli Qəhrəmanın qardaşı erməni mətbuatındakı təxribat xarakterli materiallara da toxunub:“Erməni KİV Facebook-dakı yazılardan Azərbaycanı pisləmək üçün istifadə etməyə tələsiblər. Onlar, hətta mənim anamın bu sözlərdən sonra öldüyünü də yazıblar. Belə səhv düşüncəli insanların kompüterdən istifadəni bacarmayan yaşlı qadının ölümünün Facebook-dakı yazılarla nə əlaqəsi olmasını anlaması çox çətindir”, - deyə, R.Aqarunov vurğulayıb. Albertin döyüşdüyü əfsanəvi “Səbayıl” tank taborunun komandiri Hacı Əzimov da öz narahatlığını bildirib.“Albert Vətən uğrunda döyüşüb. Vətən uğrunda ölən istənilən şəxs şəhid sayılır. Albertin cəsədini torpağa tapşıranda molla və ravvin eyni vaxtda dua oxuyurdular. Albert döyüşən vaxtda indi onun haqqında mənfi yazılar yazanlar analarının donu arxasında gizlənmişdilər. Şəhid bu gün Suriyaya gedib döyüşən, orada kimə və nəyə görə ölməsi bəlli olmayan şəxslər deyil. Şəhid torpağı və ailəsi uğrunda döyüşdə həlak olandır. Əgər həmin şəxslər belə cəsarətlidirlərsə, qoy bizimlə, Albertin döyüş yoldaşları ilə görüşsünlər və öz iddialarını üzümüzə desinlər”, - deyə, H.Əzimov vurğulayıb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol