“Rus Evi” adından yayılmış xəbərlərlə bağlı Rusiyadan açıqlama

Bakıdakı “Rus evi”nin adından etiraz aksiyalarına çağırışlar barədə sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir və Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır.Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Sosial şəbəkələrdə "bakılıları və rus irsinə və mədəniyyətinə dəyər verən və hörmət edən hər kəsi Bakıdakı “Rus Evi”nə dəstək aksiyasında iştirak etməyə çağıran materiallar feykdir, kütləvi auditoriyada emosional reaksiya yaratmaq üçün nəzərdə tutulub", - deyə Rusiya XİN-nin açıqlamasında bildirilir.
























