Qeyri-sabit hava 2 gün davam edəcək - Azərbaycanda

Azərbaycan paytaxtı Bakı şəhərində və rayonlarda müşahidə olunan qeyri-sabit hava şəraiti yaxın 2 gün ərzində də davam edəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, yaxın 2 gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Onun sözlərinə görə, tutqun və arabir yağıntılı hava şəraiti üstünlük təşkil edəcək. Qeyd edək ki, yanvarın 20-dən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçir, temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə düşüb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























