• $
  • €
  • ₽
  • ₺
  • £

“Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır

“Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır
15.02.2025 19:23

"Azercell"in təşəbbüsü ilə yaradılan və fəaliyyət göstərən xidmət 1500-dən çox qadına dəstək olub.

“Qadın Dəstək Xətti” (QDX) 2024-cü il üzrə fəaliyyətinin nəticələrini açıqlayıb. İl ərzində xidmətə ümumilikdə 1623 müraciət daxil olub. QDX çətin həyat şəraitində olan qadınların müraciətlərinə operativ şəkildə reaksiya verərək ilkin psixoloji yardım göstərib, ehtiyac olduqda qadınlarla fərdi görüşlər təşkil edib və ya sorğunun müvafiq qurumlara yönləndirilməsini təmin edib.

QDX-nin əsas məqsədi yardıma ehtiyacı olan qadınlara psixoloji, hüquqi, sosial və emosional dəstək göstərmək, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına yardım etməkdir. Xidmətə müraciət edən qadınların məlumatlarının məxfiliyi tam qorunur. Sorğu yalnız qadınların razılığı əsasında dövlət qurumları, yerli strukturlar və sosial xidmət müəssisələrinə ötürülə bilər. Xidmət icma əsaslı hüquq klinikaları, reabilitasiya mərkəzləri, sığınacaqlar və hüquqi məsləhət verən qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir. “Qadın Dəstək Xətti”, həmçinin zorakılıq qurbanı olan qadınlar və onların övladlarına həm qısamüddətli, həm də uzunmüddətli dəstək göstərir.

Hesabat ilində daxil olan müraciətlərin təsnifatına əsasən zənglərin əksəriyyəti hüquqların qorunması (495), boşanma prosesi ilə bağlı çətinliklər (472) və məişət zorakılığı halları (304) ilə bağlı olub. Zənglərin digər hissəsi sosial-maddi rifah (267), sığınacaqla təmin olunma (43), səhiyyə hüququnun təmin edilməsi (42) mövzularını əhatə edib.

Xatırladaq ki, “Qadın Dəstək Xətti” 2022-ci ildə Azercell-in təşəbbüsü ilə yaradılıb. Xidmət lider mobil operator, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərir. Xidmətin əlçatanlığını artırmaq məqsədilə “Qadın Dəstək Xətti”nin peşəkar işçi heyəti 24 saat fəaliyyət göstərən 116111 qısa nömrəsi, Feysbuk, İnstaqram və Tiktok səhifələri vasitəsilə xidmət göstərir.

“Azercell Telekom” MMC fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol