Bakı – Quba yolunda qəza olub, 4 pakistanlı yaralanıb

Bakı – Quba yolunda dörd əcnəbi vətəndaşın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, qəza yolun Xızı rayonundan keçən hissəsində qeydə alınıb.
2 maşının toqquşması nəticəsində 4 Pakistan vətəndaşı - 1991-ci il təvəllüdlü Tarig Rasul, 1986-cı il təvəllüdlü Qayyum Abdul Mahammadhəsən,1987-ci il təvəllüdlü Şərif İmran Muhammud Ramazan və 1995-ci il təvəllüdlü Əli Niyaz Əlişirxan xəsarət alıb.
Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
























