Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə reyslər bərpa edilib - Yenilənib

Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslərin həyata keçirilməsi bərpa olunub.Bu barədə AZAL məlumat yayıb.
"Naxçıvanda hava şəraiti yaxşılaşıb və reyslər artıq normal rejimdə həyata keçirilir", - aviaşirkətdən bildirilib.
10:50
Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysində yubanmalar var.
APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında dumanlı hava şəraiti səbəbindən bu gün Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində uçan təyyarələrin hərəkətində gecikmə yaranıb.
Naxçıvan Beynəlxalq Hava Limanında gözləyən sərnişinlərə reyslərin gecikməsi ilə əlaqədar operativ məlumat verilir.
























