• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video
16.02.2025 20:30

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2025-ci ilin hazırlıq planına uyğun olaraq, fevralın 16-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub. Əvvəlcə Heydər Əliyevin, həmçinin ölkənin müstəqilliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təntənəli surətdə Hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər. Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim yüksəltmələrini, komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqların müdafiəsi naminə hər an hazır olmalarını tövsiyə ediblər.

Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə başa çatıb.

 

 

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol