• $
  • €
  • ₽
  • ₺
  • £

20 Yanvarda helikopterdən yayılan vərəqlərdə nə yazılmışdı? - Sənəd

20 Yanvarda helikopterdən yayılan vərəqlərdə nə yazılmışdı? - Sənəd
20.01.2014 15:37

“Bakı sakini, doğru qərar qəbul et və silahını təhvil ver”. 1990-cı il 20 Yanvar hadisələrindən sonra hərbi komendantlıq tərəfindən helikopterdən bildiriş vərəqələri atılırdı. “Axar.az” həmin vərəqələrdən bir neçəsini əldə edib. Azərbaycan xalqının mübarizə əzmini hər yolla qırmaq istəyən rus ordusu və hərbi komendantlıq müxtəlif təbliğat fəaliyyəti də aparırdı. Komendantlıq müxtəlif bildiriş vərəqələri çap etdirərək Bakı səmalarından vertolyotlarla aşağı buraxır, televiziyanın işləmədiyi, qəzet və jurnalların çap edilmədiyi bir zamanda xalqı öz maraqlarına görə yönləndirməyə çalışırdı. Həmin çağırış vərəqələrindən 2 bildirişi oxuculara təqdim edirik. Rus dilində yazılan həmin vərəqələrdən birində Sovet hakimiyyətinin şəhərdə nəzarəti tam ələ aldıqdan sonra fövqəladə vəziyyətin ləğv olunacağı və ictimai asayişin bərpa olunacağı deyilir. Həmin vərəqədə Bakı sakinlərinə səslənilərək, 24 yanvar saat 09:00-a kimi əllərində olan silahlarını aidiyyatı orqanlara təhvil vermələri istənilir və həmin şəxslərin heç bir məsuliyyətə cəlb olunmayacağı vəd edilir. Digər vərəqədə isə xalqa sakitləşmə çağırısı edilərək, hökumət qüvvələrinə bu barədə köməklik göstərmələri xahiş olunur. Vərəqədə Azərbaycanın müəyyən bölgələrindən əhalinin çeşidli miqdarda silah və sursatı hökumətə təhvil verdikləri iddia olunur. Xanlar rayonu (Göygöl) sakinlərinin 27 yanvar 1990 tarixinə qədər 1 zirehli maşın, 1 hərbi piyada nəqliyyat maşını, 242 avtomat və 1 əl pulemyotunu təhvil vermələri nümunə göstərilir. Lənkəran sakinlərinin də 300-dən artıq odlu silah və 170 000 mərmini təhvil verdiklərinin yazıldığı vərəqə bu cümlə ilə bitir: “Bakı sakini, doğru qərar qəbul et və silahını təhvil ver”ANN.Az 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol