• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı cəzaçəkmə müəsisələri köçürüləcək

Bakıdakı cəzaçəkmə müəsisələri köçürüləcək
20.01.2014 14:23

Mədət Quliyev: "Şəhərin böyüməsi nəticəsində bu cür müəssisələrin digər yerlərə köçürülməsi nəzərdə tutulur"

"Şəhərin mərkəzində yerləşən cəzaçəkmə müəsisələri köçürüləcək". ANS PRESS-in məlumatına görə, bunu Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev deyib. O bildirib ki, əvvələr bu cür müəssisələr şəhərin ətraf rayonlarında yerləşirdi:

"Hazırda şəhərin böyüməsi nəticəsində bu cür müəssisələrin digər yerlərə köçürülməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə tikintilər gedir. Lənkəran, Kürdəmir və Gəncə şəhərlərində də cəzaçəkmə müəssisələri tikilir". 

Mədət Quliyev məhbusların qida rasionundan danışıb. O, bildirib ki, məhbuslara yüksək kalorili xüsusi rəsion verilir. "Diabet və şəkər xəstələrinə xüsusi, onlara aid olan qida verilir. Keçən il biz ölkənin tanınmış kulinarlarına müraciət etdik. Bizim aşbazların profissional hazılıqları yüksək səviyəyə çatdırıldı".

Mədət Quliyev eyni zamanda məhbuslar arasında diabet, şəkər və vərəm xəstələrinin sayını da açıqlayıb. O bildirib ki, 492 nəfər şəkər diabet xəstəliyindən əziyyət çəkir:

"Ədliyyə Nazirliyinin tibb xidməti tərəfindən sözü güdən xəstələrə müalicəsi istiqamətində xüsusi xidmət göstərilir. Vərəm xəstəliyinə tutulan məhbusların da müalicəsi istiqamətində işlər aparılır. Bizdə bunun üçün müalicə müəssisəsi var. Beynəlxalq Qızıl Xaç Cəmiyyəti Azərbaycanda vərəm xəstəliyinin müalicəsinə dəstək göstərir. Bizdə bu məhbuslar arasında bu xəstələrin sayı dünyanın digər ölkələri ilə müqayisədə çox deyil. Bu sahədə işlər davamlı olaraq aparılır. Azərbaycanda məhbuslar arsında 329 vərəm xəstəsi var".

ANS PRESS

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol