• $
  • €
  • ₽
  • ₺
  • £

Zaqatalada ağacların kəsilməsi ilə bağlı cinayət işi açılıb - Video

Zaqatalada ağacların kəsilməsi ilə bağlı cinayət işi açılıb - Video
19.02.2025 23:50

Zaqatala rayonunda avtomobil yolunun kənarında çoxillik ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb.

“Baku TV” xəbər verir ki, rayonun Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun sağ və sol hissələrində ağacların kəsilməsi və qanunsuz budanması ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3-cü (Qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Məsələ Zaqatala Rayon İcra Hakimiyyətində də müzakirə olunub. Belə ki, ərazisində ekoloji nəzarətin təşkilində yol verdiyi səhlənkarlığa görə Maqov ərazi dairəsi üzrə nümayəndə Ramazan Davudov tutduğu vəzifədən azad edilib.

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol