Bakıda yollara duz səpilir

Bakıda xüsusi təyinatlı texnika tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilir.Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, axşam saatlarından etibarən kommunal strukturlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bununla əlaqədar müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr yaradılıb.
Ümumilikdə bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-ə yaxın işçi qüvvəsi cəlb edilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























