İnək Gəncənin avtomobil bazarını "bir-birinə" qatıb

Bu gün Gəncənin avtomobil bazarında qəribə hadisə yaşanıb.
Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumat görə, bazara girən inək avtomobillərin və insanların üzərinə hücum çəkib. Satıcı və alıcılar təşvişə düşərək, ərazidən qaçmağa başlayıb. Hərəkətdə olan iribuynuzlu heyvan 5 avtomobilə zərər vurub.
Bazara polis, Baytarlıq İdarəsinin əməkdaşları və digər aidiyyatı qurumların nümayəndələri cəlb olunub. Heyvanı zərərsizləşdirmək mümkün olub.
İnəyin kimə məxsus olduğu və əraziyə necə gəldiyi araşdırılır.
Trend
























