• $
  • €
  • ₽
  • ₺
  • £

Azərsun Holdinq”in təşəbbüsü ilə milli mətbuatın 150 illiyinə həsr edilmiş sayt hazırlanıb

Azərsun Holdinq”in təşəbbüsü ilə milli mətbuatın 150 illiyinə həsr edilmiş sayt hazırlanıb
24.02.2025 13:29

Milli mətbuatın 150 illiyi ilə əlaqədar müxtəlif layihələr reallaşdıran “Azərsun Holdinq” bu mövzuda sayt hazırladıb. 

İlin əvvəlində təqdim edilmiş təqvim dəsti çərçivəsində həyata keçirilən layihə Azərbaycanın mətbuat tarixinin müxtəlif dövrlərinə işıq tutaraq, mətbu orqanlarının inkişafı və cəmiyyətə verdiyi töhfələr barədə ətraflı məlumatları oxuculara təqdim edir.

Təqvim üzərindəki QR kodunu skan etməklə, hər kəs asanlıqla bu sayta daxil ola və orada adları qeyd olunan mətbuat orqanları haqqında məlumat əldə edə bilər. 

Saytda, həmçinin həmin mətbu orqanlarının nəşrində müstəsna rolu olan görkəmli şəxsiyyətlər, publisistlərlə bağlı qısa məlumatlar da mövcuddur.

Təqvim “Əkinçi” qəzeti ilə başlayaraq, Azərbaycanın mühüm mətbuat orqanlarını sırasıyla təqdim edir. “Molla Nəsrəddin”, “Şərqi Rus”, “Füyuzat”, “Kaspi”, “Dəbistan”, “Lək-lək”, “Hümmət”, “Açıq söz” və ən sonda “Həyat” qəzeti ilə tamamlanır. 

Bu təqvim layihəsi “Azərsun Holdinq”in qurucusu Abdolbari Gozalın təşəbbüsü ilə həyata keçirilib. 

Əvvəlki illərdə də “Azərsun Holdinq” sosial layihələri çərçivəsində müxtəlif mövzulara həsr olunmuş təqvim dəstlərini ictimaiyyətə təqdim edib. 

Bu layihələr arasında 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəmizə, ümummilli lider Heydər Əliyevin 100 illiyinə, Azərbaycan rəngkarlıq sənətinin inkişafına, habelə Azərbaycan ədəbiyyatının zəngin ənənələrinə həsr olunmuş təqvimlər xüsusi yer tutur. 

Bu təqvim dəstləri həm də Azərbaycanın mədəni və tarixi irsinin qorunub, saxlanmasında mühüm rol oynayır.

//millimetbuat150.azersun.com/#/az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol