• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibkarın istixanası qanunsuz sökülüb? - AÇIQLAMA

Sahibkarın istixanası qanunsuz sökülüb? - AÇIQLAMA
24.02.2025 16:03

Sahibkar Fariz İnətullayev Ləkəranda istixanasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz söküldüyünü iddia edir. Bu barədə o, anews.az-a şikayətində bildirib.

"Tikintisinə icazə tələb olunmadığı halda, şəxsi kupçalı torpağımı sökdülər.  Mənə əvvəlcədən məlumat verilmədi. Qərarda deyilir ki, martın 5-i sökülməli idi, ancaq fevralın 21- də söküblər. Xiyar ştilləri əkmişdik. Hamısını dağıdıblar. 15 nəfər işçi işləyirdi, onlarda işsiz qalıblar. Dedilər ki,  kvadratı 300-dən artıq olduğu üçün sökülməli idi. Bizdə 5000 kvadrat idi. İcraya  yazılı yox, şifahi məlumat verdik.. Mənə dedilər ki, əgər sökülməyini istəmirsizsə, 40 min pul verməlisiz. Mən də vermədim"   vətəndaş məhkəmənin qərarı olmadan ərazisinin söküldüyünü vurğulayıb.

Məsələ ilə bağlı Lənkəran icra hakimiyyətindən anews.az-ın sorğusuna cavab olaraq, bildirilib ki, Parakənd kəndində qeyri-yaşayış sahəsi qanunsuz tikildiyi üçün sökülüb.

"Monitorinq zamanı Lənkəran rayonunun Parakənd kəndində Astara rayon sakini İnətullayev Fariz Cəbrayıl oğlu tərəfindən mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən sahəsi ən çoxu 300 kvadrat metr olan istixanaların tikintisinə icazə tələb olunmadığı halda,  vətəndaş tərəfindən müvafiq icazə alınmadan təxminən 5000 kv.m ölçüdə istixana obyekti inşa edildiyi aşkarlanıb",- məlumatda qeyd olunub.

Bundan başqa, şəhər İcra hakimiyyəti tərəfindən İnətullayevə rəsmi olaraq  "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 30.05.2023-cü il tarixli 889-VIQD nömrəli Qanununa əsasən 01.01.2024-cü il tarixindən etibarən resbuplika ərazisində tikintiyə və istismara icazə verilməsi, eləcə də məlumatlandırma icraatı üzrə sənədləşmə işləri elektron informasiya resursu (e-tikinti.gov.az) vasitəsilə elektron qaydada həyata keçirildiyi bildirilb. Lakin vətəndaş tərəfindən sözügedən informasiya resursu portalına heç bir müraciət daxil olmayıb.

Hüquqşünas  Xəyal Bəşirovun sözlərinə görə, bu halda rayon icra hakimiyyəti ilə müqavilə bağlanmalıdır.

"Bütün detallar müqavildə yazılır. Əgər şərtlər pozulubsa, sökülmə edilə bilər. Vaxt məsələsində onlar arasında razılaşma olmalıdır. Əgər yoxdursa, dəymiş zərərlə bağlı şikayət edə bilər. Amma indiki halda müqavilə varsa, dəymiş ziyan ödənməlidir",- hüquqşünas bildirib.

Aytac Zeynalova

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol