• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Limanı “Azərbaycan Dəmir Yolları”na birləşdirilib

Bakı Limanı “Azərbaycan Dəmir Yolları”na birləşdirilib
25.02.2025 13:32

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yenidən təşkili haqqında fərman imzalayıb. 

Fərmana əsasən, ADY “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ona qoşulması ilə yenidən təşkil edilir. 

Məqsəd dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etməkdir. 

Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib: 

Prezidentə:

- Cəmiyyətin yenidən təşkili və ləğvi;

- Cəmiyyətin icra orqanının rəhbərinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON−a):

- Mülki Məcəlləyə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələlərin dövlət başçısı ilə razılaşdırmaqla həyata keçirilməsi;

- Normativ hüquqi aktlar, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.

Limanın Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri və yerli normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

Nazirlər Kabineti normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməli, AZCON isə Cəmiyyətin yeni nizamnaməsini və strukturunu üç ay müddətində dövlət başçısı ilə razılaşdırmaqla təsdiq etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir. 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol