• $
  • €
  • ₽
  • ₺
  • £

DİM imtahanlar üçün dövlət rüsumlarını qaldırıb

DİM imtahanlar üçün dövlət rüsumlarını qaldırıb
25.02.2025 21:57

DİM imtahanlar üçün dövlət rüsumlarını qaldırıb. Belə ki, buraxılış imtahanına giriş qiyməti 20 manatdan 45 manata, blok imtahanı 40 manatdan 45/50 manata, altqrupu imtahanı 10 manatdan 20 manata, əlavə xarici dil imtahanı 10 manatdan 30 manatadək artırılıb.

Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynovanın sözlərinə görə, bəzi şəxslər tələb olunan ödənişlərdən azaddır:

 

“Cari ilin məzunları buraxılış imtahanı və qəbul imtahanının birinci mərhələsində ödənişdən azaddırlar. Qəbul imtahanının ikinci cəhdində iştirak üçün isə ödəniş etməlidirlər. Ötən ilin məzunları nə vaxtsa bir dəfə qəbul imtahanında iştirak ediblərsə, onlardan ödəniş tələb olunacaq. Keçən ilin məzunu olub heç vaxt qəbul imtahanında iştirak etməyənlərdən də ödəniş tələb olunmayacaq”.

DİM rəsmisi ödəniş tələb olunmayan güzəşt kateqoriyalarının olduğunu da qeyd edib.

“Azərbaycan Respublikası ərazi bütövlüyü ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər, şəhid ailələri, valideyn himayəsindən məhrum olmuş şəxslər, məcburi köçkün statusu olan şəxslər və I və II dərəcəli əlilliyi müəyyən olunmuş şəxslər güzəşt kateqoriyasına aiddirlər.

Şəxsdə bu 5 kateqoriyadan hər hansısa biri barədə sənəd olmalıdır. Bu status sistemdə varsa, birbaşa görünəcək. Əgər bu məlumat gəlmirsə, müvafiq quruma müraciət edilməlidir”

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol