“OBA”-dakı yanğında xəsarət alan şəxslərin son durumu açıqlanıb

Bu gün səhər saat 07:00 radələrində Xəzər rayonu, Binə südçülük sovxozu, OBA marketdə yanğında 3 qadını müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə edib.
Bu barədə TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib.
"Xəsarət alan şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib. Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
























