• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 20 Yanvar hazırlıqlarına başlanıldı - FOTOLAR

Bakıda 20 Yanvar hazırlıqlarına başlanıldı - FOTOLAR
18.01.2014 15:12

Paytaxt və rayonlarda faciə günü ilə bağlı tədbirlər keçirilir; Bakı meri hazırlanan xüsusi kompazisiya üçün Hollandiyadan qərənfil gətizdirib

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı paytaxt Bakıdakı hazırlıqlara start verilib. Hazırlıqlar  Şəhidlər Xiyabanı ilə yanaşı, Bakının ayrı-ayrı rayonlarında da paralel olaraq aparılır. Artıq Bakının bir neçə rayonunda 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib.Şəhidlər Xiyabanında anım günü ilə bağlı hazırlıq gecə-gündüz davam etdirilir. Ötən gün aparılan hazırlıqlar yaxından tanış olmaq məqsədi xiyabanda olduq. Hazırlıq işlərinə nəzarət edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri “Yeni Müsavat” a bildirdilər ki, yanvarın 20-nə kimi bütün dekorasiya işləri başa çatdırılacaq. Meriya nümayəndələrinin sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tez-tez əraziyə gələrək hazırlıq işləri ilə maraqlanır, göstəriş və tövsiyələrini verir.“Qərənfillər Hollandiyadan gətirilib”Ərazidə olarkən öyrəndik ki, bu il də ağ və qırmızı qərənfillərdən 20 Yanvarla bağlı müxtəlif  kompozisiyalar yaradılır. Bu məqsədlə Hollandiyadan ölkəmizə gec solan qərənfillər gətirilib. Bakı Şəhər İcra Hakimiyyətinin abadlıq idarəsininn əməkdaşları bu prosesə cəlb olunub. Qərənfilləri qoruyub saxlamaq üçün Türkiyədən xüsusi dərmanlar gətirilib. Anım günü Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi ilə bağlı məktəblilərin rəsm sərgisi də fəaliyyət göstərəcək. Artıq respublika üzrə elan olunmuş müsabiqədə yer tutan 50 məktəbli məlum olub. Onlar 20 Yanvar faciəsini öz tablolarına daşıyıblar və sərgilənməsi üçün Bakıya göndəriblər.Yollar bağlanacaqBakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-də saat 08:00-dan mərasim başa çatanadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.BŞDYPİ sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollarla hərəkət etməyə çağırıb.Hava şəraiti küləkli və yağıntılı olacaq20 Yanvar faciəsinin 24-cü ildönümündə müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında səhər havanın tutqun olacaq, mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.Xatırladaq ki, 1990-cı il, yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. 24 il əvvəl yanvarın 20-nə keçən gecə sovet ordusu Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna etirazını bildirən geniş xalq kütlələrinə qarşı hərbi əməliyyatlara başlayıb. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan oğulları həmin müdhiş gecə canından keçərək şəhidlik zirvəsinə ucalıb. /musavat.com/ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol