• $
  • €
  • ₽
  • ₺
  • £

Parlamentdə həbsdə olan qadın jurnalistlərin ev dustaqlığına buraxılması xahiş olunub

Parlamentdə həbsdə olan qadın jurnalistlərin ev dustaqlığına buraxılması xahiş olunub
03.03.2025 12:28

Hüquq müdafiəçisi Novella Cəfəroğlu hazırda həbsdə olan qadın jurnalistlərin ev dustaqlığına buraxılması ilə bağlı məsələnin deputatların diqqətdə saxlamasını xahiş edib. Bu barədə hüquq müdafiəçisi martın 3-də Milli Məclisdə İnsan Hüquqları komitəsinin  bugünkü iclasında İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.

"Ombusdman hüquq müdafiəçiləri ilə çox aktiv işləyir. Nə məsələ olursa köməklik etməyə çalışırlar. Xahiş edərdim ki, hazırda həbsdə olan qadın jurnalistlərin ev dustaqlığına buraxılması məsələsini diqqətə saxlayasınız. Biz onların cəzadan azad olunmasını istəmirik. Cəzaları çəksinlər. Amma bunu ev dustaqlığı formasında çəkilmsəini xahiş edirik. Deputatların da bu məsələni diqqətdə saxlanılmasını xahiş edərdik", - Cəfəroğlu bildirib. 

Deputat Bəhruz Məhərrəmov hüquq müdafiəçisinə cavab olaraq bildirib ki, hər kəs bərabərlik qarşsında eyni olmalıdır. Kiminsə jurnalist olması onu üstün etmir və hərkəs öz əməlinə görə cavab verir. 

Bir müddət öncə 

Bir müddət öncə hüquq müdaciəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı fevralın 11-də həbs olunan jurnalist Şahnaz Bəylərqızının işi ilə bağlı ölkə rəhbərliyinə ünvanladıqları müraciətlər çərçivəsində Daxili İşlər Nazirliyində qəbul olunublar.

Bundan əvvəl hüquq müdafiəçiləri Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək Bəylərqızının ciddi sağlamlıq problemlərini və iki azyaşlı övladının olduğunu nəzərə alaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Müraciətdən sonra jurnalist ev dustaqlığına buraxılıb. 

Gülnar Nazimqızı 

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol